Cümə axşamı, 16 May

"Bakı Zooparkı" heyvanlar üçün əti neçəyə alır? - QİYMƏT

image

Bakı şəhər Heyvanat Parkı ("Bakı Zooparkı") tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Xəbər verilir ki, tender müsabiqəsinin qalibi “Səhliyalı” Kiçik Müəssisəsi olub.

"Bakı Zooparkı" “Səhliyalı” şirkətindən heyvanların yemlənməsi üçün lazım olan 3-cü növ qida rasionuna uyğun yemləri satın alacaq. Alınacaq yemlərin qarşılığında “Səhliyalı” şirkətinə 299 min 520 manat ödəniləcək.  

“Səhliyalı” şirkəti "Bakı Zooparkı"ndan aldığı 299,5 min manat qarşılığında aşağıdakı məhsulları təqdim edəcək:

Açıqlanan məlumatlardan da göründüyü kimi, "Bakı Zooparkı" ümumilikdə 45 min 362 kiloqram mal və toyuq əti, həmçinin onların içalatını satın alacaq. Alınacaq yemlərin 1  kiloqramının orta qiyməti 6,6 manat olacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00